Azərbaycan şou-biznesinin sevilən simalarından olan aktrisa Pərvin Abıyeva bu il subaylığa son qoymaq istəyir. 

Unikal.org primetime.az-a istinadən bildirir ki, açıqlama verən Pərvin, ən böyük arzusu barəsində  belə deyib:

"Şəxsi həyatımla bağlı ciddi qərar vermişəm. İnşAllah, bu ilin sonuna qədər ailə quracağam. Övlad sahibi olmaq, ən böyük arzumdur. Bütünləşmiş xoşbəxtlik yaşamaq, hər bir qız kimi mənim də haqqımdır".