Oktyabrın 25-də 9-cu mərtəbədən yıxılan 12 yaşlı qızın vəziyyəti normaldır.

Unikal.org bildirir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından lent.az-a verilən məlumata görə, Lamiyə Namazovanın vəziyyəti sağalmağa doğru gedir.

Xatırladaq ki, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş vermişdi. Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxmışdı. Nəticədə azyaşlının ayağı sınmışdı.

Hadisə vaxtı L.Namazova evdə tək imiş.