Türkiyəli aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin" verilişinə açıqlama verib.

Unikal.org-un məlumatına görə, aktyor ailəsinin Azərbaycanla əlaqələrindən söz açıb:

"Nənəm və babam azərbaycanlıdır. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Əmimin oğlu 3 il Bakıda yaşadı. Amma mən Azərbaycana heç gedə bilmədim. Qohumlarım arasında adının Azər, Baycan, Araz olduğu insanlar var. Azərbaycan yeməkləri ilə böyümüşəm. Anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün, bütün yeməkləri bişirməyi öyrənib. Qohumlarım Azərbaycan ləhcəsi ilə danışırlar". (axşam.az)