Tanınmış meyxanaçı-müğənni Namiq Qaraçuxurlu Aygün Kazımovanın bağ evindən çıxır. Belə ki, meyxanaçı bir müddət əvvəl Aygün Kazımovanın əlindən aldığı iddia edilən, Bilgəhdə yerləşən bağ evindən köçməyə başlayıb.

Unikal.org bildirir ki, bu barədə cebhe.info-ya danışan meyxanaçının prodüsseri məlumat verib. 

Onun sözlərinə görə, Namiq Qaraçuxurlunun bu aralar vaxtı yoxdur: 

"Həqiqətən işləri çoxdur, həm bu yaxında mərsiyə də yazdırdı, radioların birində yeni "Soyuqdur" mahnısı da səsləndi artıq. Bundan başqa Namiqin ev işləri də bu aralar gərgindir. Çünki o, Bakı kəndlərinin birində yerləşən bağ evindən şəhər mərkəzinə köçür. Daha dəqiq Bilgəhdə yerləşən bağ evindən köçür. Şəhərdəki evinin yerini deyə bilmərəm, amma bu yaxınlarda köçəcək. Havalar soyuqdur deyə daha bağ evində qalmaq istəmir".