Gəncə-Şəmkir yolundа iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Xəsarət alanlardan biri, 1985-ci il təvəllüdlü Vüsal Əhmədov xəstəxanada keçinib.

Ölən digər iki nəfərin şəxsiyyəti müəyyənləşdirilir.

***

21:27

Gəncənin qərb çıxacağında ağır yol nəqliyyat qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, "VAZ 2106 və "Mercedes markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.