Şəmkirdə bıçaqlanma olub.

Unikal.org-un  apa-ya istinadən verdiyi veridyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənd sakini 2000-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ceyhun Məmmədov oxuduğu məktəbin qarşısında həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb.

Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən 16 yaşlı məktəblinin vəziyyətinin ağır qiymətləndirilir. Cinayəti törədən məktəblinin saxlanılması istiqamətində əməliyat tədbirləri həyata keçirilir.