18 yaşından kiçik olduğu üçün gecə klublarında səhnəyə çıxması İstanbul valiliyi tərəfindən qadağan edilən Aleyna Tilkiyə daha bir zərbə vurulub.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Almaniyada fəaliyyətini davam etdirmək istəyən türk müğənninin Ştutqartda verəcəyi konsert də ləğv olunub. Gecə klubunun sahibləri 6 ay əvvəl müqavilə imzaladıqları Tilkinin 16 yaşı olduğunu öyrənincə şoudan imtina ediblər. 

Ştutqartda fotosessiya etdirib İstanbula qayıdan müğənni artıq səhnədən uzaqlaşamağa qərar verib. O, 1 il 4 ay sonra səhnəyə çıxacağını deyib.