25 Avqust 2019
24 Avqust 2019
Taksi sürücüsü özünü asdı
Taksi sürücüsü özünü asdı KRİMİNAL 18:51 2016-03-01

 

Ağdam rayonunda intihar hadisəsi baş verib. Hadisə rayonun Sarıçoban kəndində qeydə alınıb.

Unikal.org xəbər verir ki, kənd icra nümayəndəliyindən ans press-ə verilən məlumata görə, 1962-ci il təvəllüdlü Atapur Mövsüm Məhəmmədəli oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asıb. Onun meyitini ailə üzvləri aşkar ediblər. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Mərhumun hansı səbəbdən canına qəsd etdiyi hələlik bilinmir. 54 yaşlı kişinin iki oğlu var və o, kənd ərazisində taksi fəaliyyəti ilə məşğul imiş.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.