Rusiyada daha bir məktəb müəlliməsi erotik filimlərdə rol aldığı üçün təhsil sektorundan qovulub.

Unikal.org xarici mətbuata istinadən bildirir ki, İngiltərənin The Mirror qəzetinin yaydığı məlumata görə, 27 yaşlı Svetlana Topol Rusiya Leninqrad vilayətində ən pristijli məktəbdə müəllimə işləyib. 

Xarici ölkə vətəndaşı ilə evli olduğu bildirilən Topol heç bir zaman 'provokatif' paltarlar geyməyib və çox makiyaj etməyən təvazökar gənc bir qadın olaraq görülüb.

Topol +18 filmlərdə rol aldığını öyrənən müəllim və tələbələr müvaffiq orqanlara müraciət ediblər. Aparılan araşdırma zamanı məlum olub ki, 27 yaşlı müəllimə Arie, Mod və Christie adlarıyla +18 filmlərində çəkilib.

Topol Çex Respublika və Macarıstan kimi ölkələrdə bu filmlərdə rol aldığı örgənilib.