26 Avqust 2019
25 Avqust 2019
Ev sahibini öldürən azərbaycanlı "Allahu Əkbər" deyib təslim oldu
Ev sahibini öldürən azərbaycanlı "Allahu Əkbər" deyib təslim oldu KRİMİNAL 19:23 2016-03-01

 

Sankt-Peterburqda qətl törədən Azərbaycan vətəndaşı həbs olunub.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, Moskva vaxtı ilə səhər saat 6:30-da polisə zəng edən azərbycanlı özünü onlara təqdim edib və 1 dəqiqə əvvəl tanışını qətlə yetirdiyini deyib.

O, "Allahu Əkbər" çığıraraq telefonun dəstəyini asıb. Primorsk rayonunda yerləşən mənzilə gələn polis doğrudan da orada yerli sakinin meyitini tapıb.

Həbs olunan Azərbaycan vətəndaşı qətlə yetirdiyi şəxsin mənzilində kirayə qaldığını və bu gün kirayə haqqını ödəmək üçün gələn ev sahibi ilə mübahisə etdiyini deyib. Sərxoş olduğunu bildirən azərbaycanlı qətli necə törətdiyini tam xatırlamadığını da sözlərinə əlavə edib.

Polislər mənzildə azərbaycanlının Rusiya siyasətçiləri, o cümlədən prezident Vladimir Putin haqda düşüncələrini əks etdirən tezisləri aşkar ediblər.

Peterburq istintaqçıları həmin tezisləri "xəstə təfəkkürün məhsulu" kimi xarakterizə ediblər. Azərabaycan vətəndaşı isə psixoloji ekspertizaya göndərilib.