Hindistanın dollar milyarderi kimi tanınan iş adamı Savji Dholakia yüksək performans göstərən 1716 işçisini bahalı hədiyələrlə mükafatlandırıb. 

Unikal.org xəbər verir ki, almaz ticarətinin ən əhəmiyyətli adları arasında iştirak edən iş adamı, 5 min 500 işçisi arasında seçdiyi 1716-ən yaxşı işçisinə avtomobil və ev hədiyyə edib.  Dholakianın işçi personalına təqdim etdiyi hədiyyələrin ümumi məbləği 7,5 milyon dollar məbləğində olub.