Bakıda kişi arvadını və baldızını mübahisə zəminində bıçaqlayıb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Cəbrayıl rayon sakini 1976-ci il təvəllüdlü Oqtay Təhməzov yaşadığı Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən mənzildə həyat yoldaşı 28 yaşlı Elvira Nəsirova ilə mübahisə edib. 

O, mətbəxdən götürdüyü bıçaqla arvadı E.Nəsirovaya bir neçə dəfə xəsarət yetirib. Mübahisənin münaqişəyə çevrilməsinin qarşısını almaq istəyən baldız 25 yaşlı Əminə Nəsirova da bıçaqlanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.