Qəza törədib hadisə yerindən qaçan şəxs yaxalanıb.

DİN-dən Unikal.org-a verilən xəbərə görə, Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da Bakı şəhər sakini Şamil Həmzəyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Toyota" markalı avtomobilin sürücüsü, paytaxt sakini Emin Perarin saxlanılmışdır.