Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün məhkəməyə verdiyi keçmiş "Nidaçı Elsevər Mürsəlli həbs edilib.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, bu barədə M.Əsədovanın vəkili Ceyhun Yusifov məlumat verib.

O bildirib ki, Xaçmaz rayon məhkəməsi E.Mürsəlli haqda 6 ay şərti cəza qərarı çıxarsa da, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində həmin qərar ləğv edilib və E.Mürsəlli barəsində 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası seçilib. E.Mürsəlli Şüvəlan qəsəbəsində yerləşən 3 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün internet səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi.