Tanınmış müğənni Elnarə Xəlilova avtomobil qəzasına düşüb.

Unikal.org xəbər verir ki, bu barədə "İnstaqram"səhifəsində  müğənni özü məlumat yayıb. O bildirib ki :

"90 VH 282 dövlət nömrə nişanlı 83 nümrəli avtobus səhər saat 10:15 radələrində ADA Universitetinin önündə işıqfordan tərpənər-tərpənməz hərəkət elədiyi 2-ci yoldan mənim yoluma, yəni birinci yola çıxıb, məni sağdan vurdu və qaçdı. Mətbuatdan xahiş edirəm ki, bu məsələni işıqlandırsınlar. Mənə maraqlıdır, bu avtobusların yiyəsi tapılacaq ya yox? Maşını qabağına verdim ki, ürək sözlərimi deyim, amma sürdü qaçdı. Nə qədər axtardım o ərazidə tapmadım. Qaynar xəttə şikayətimi edəcəyəm və bu məsələni şişirdəcəyəm. Qorxdum, maşında uşaq da var idi. Avtobusda o qədər adam daşıyır, onların taleyi necə olacaq? ".