2013-cü ilin yayında aktrisa və aparıcı Umka (Umnisə) Hacıyeva Azərbaycanın bir çox xəbər kanallarında, eləcə də sosial şəbəkələrinin əsas qəhrəmanına çevrildi.

Unikal.org bildirir ki, buna səbəb isə aparıcının çimərlik geymində olan şəkilərinin bir sıra KİV-də yayılması oldu. Buna görə də ANS telekanalının rəhbərliyi bu şəkillərin Azərbaycan mentalitetinə uyğun olmadığı üçün U.Hacıyevanı öz istəyilə işdən azad edir.

Bu hadisə cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə rezonans doğurdu. Qısa zamanda bir sıra telekanal və rejissorlardan Umkaya filmlərdə çəkilişlər və maraqlı təkliflər gəlməyə başladı. Lakin o, nəzərlərdən uzağa çəkildi.

Umkanın sirli gedişi kimi, gəlişi də gözlənilməz oldu. Əsasən də onun Instagram sosial şəbəkəsindəki səhifəsinə @umka_hacieva - 2 gün ərzində 6000 istfadəçi qoşulub:

"Heç kəsə sirr deyil ki, qara PR - bu, ən yaxşı reklamdır. Amma istəməzdim ki, insanların xatirində qalmaqallı şəxs kimi qalım. Bəli, çoxlu maraqlı təkliflər vardı. Lakin mən hər şeyi unutmaq istəyirdim. Sənət adamlarında aldığım dəstəyə baxmayaraq həmin vaxt uzaqlaşmaq, - özünüinkişaf və özünütəhsillə məşğul olmaq qərarına gəldim. İngilis dili kurslarına yazıldım. Daha sonra isə idmanla məşğul olmağa başladım. İlk olaraq idman zalı mənə çox çətin gəlirdi. Və hər şeyi ciddi qəbul etmirdim. Zamanla ilk nəticələri gördüyümdə anladım ki, idman - həyatdır.

Bugünkü xarici görünüşüm tamamilə əldə etdiyim uğurumdur. Bunun üçün çoxlu kitab oxumuşam. İstərdim ki, idman və sağlam həyat tərzi ilə bağlı verilişə aparıcılıq edim. Yalnız xarici görkəmcə deyil, eləcə də mənəvi cəhətdən də dəyişmişəm. İndi mənim 25 yaşım var. Oxudğum kitablar sayəsdində mən yalnız fiziki tərəfdən deyil, eləcə də mənəvi tərəfdən də güclü olmuşam.

Bu üç il ərzində başlıca olaraq anlamışam ki: heç kəsə güvənmə, özün üçün yaşa və ürəyin istədiyini hərəkət et. Bu gün mən təvazökarlıqdan uzaq da olsa özümdən, xarici görünüşümdən razıyan - ağıllıyam, gözələm, cazibədar və incəyəm. Mən kökdən dəyişmişəm və bu da məni sevindirir.

Mən indi daha məqsədli olmuşam, bunda da idmanın böyük rolu var. 48 çəki dərəcəsəində olmağıma baxmayaraq asanlıqla 80 kq ağırlıq qaldıra bilirəm. İlk olaraq 5 kq-dan başlamışam. Bu, bir çox şeyi söyləyir - mümkün olmayan heç nə yoxdur.

Zəif deyiləm və olmaq da istəmirəm. Mən güclüyəm və həyatda hər şeyə özüm nail olacağam. "Mən özüm - bu mənim əsas həyat prinsiplərimdən biridir. Mən zəif olmağa özümə icazə verə bilmərəm.

Bu gün məni incitmək mümkün deyil - mən özünəgüvənən güclü insanam. Həyatdan bir şeyi də dərs almışam - özün kimi ol, özünü sev və özünü olduğun kimi qəbul et. Yalnız özünü sevərək, olduğun kimi qəbul edərək və özünü anlayaraq hər şeyi yaxşılığa doğru dəyişmək olar. Mən bunu bacarmışamsa, deməli başqaları da bacarar!"