Bir sıra saytlarda İntizar İsmayılın İTV-dən işdən çıxarıldığı və bunun AzTV rəhbərliyinin qərarıyla olduğu haqda məlumat yayılıb. 
İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi bununla bağlı açıqlama yayıb. Açıqlamada deyilir:
"İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun müqaviləsinə xitam verilib. 
Həmçinin nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".
Xatırladaq ki, hamının "İstanbuldan salamlar" adlı verilişdən tanıdığı İntizar İsmayıl tanınmış şair, AzTV-nin eks-rəhbəri Məmməd İsmayılın qızıdır. O, İTV-də böyük redaktor vəzifəsində çalışırdı.