Zühal Topalın evlilik verilişinə qatılan iştirakçılar -Bahailə Nazarasında xoşagəlməz anlar davam edir.

Unikal.org xəbər verir ki, verilişin əvvəlki buraxılışında azərbaycanlı nişanlısı Naza Kapadokyada evlilik təklif edən Baha daha sonra ondan ayrıldığını elan edib. Naz isə bundan bərk qəzəblənib və studiyada dava salaraq, oranı tərk edib.

Ötən verilişdə isə azərbaycanlı gəlin namizəd barışmaq üçün yenidən verilişə gəlib. Bahanın başqa qızla çay içməyə getməsini qəbul etmədiyini və Bahanın onu sevdiyini bildirərək, ondan üzr istəyib.