"Qəfildən çıxdı, maşının arxa təkərinə düşdü"

Bakının Binəqədi rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Tennis Akademiyasının yanında yolu keçən 36 yaşlı Ramiz Qiyasovu avtomobil vurub.

Qiyasov ağır bədən xəsarətləri alıb. Sürücünün sərnişini olan qardaşı yaralını xəstəxanaya aparsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü 29 yaşlı Malik Meybullayev isə polisə təslim olub: "Gülüstan küçəsi ilə gəlirdik. Qəfildən çıxdı. Asta gəlirdim. Möhkəm sürməli yol deyil ora. Saatda "20" ilə. Qəfildən çıxdı, maşının arxa təkərinə düşdü. Qardaşım götürdü, qoydu maşına, apardı xəstəxanaya".

Faktla bağlı araşdırma aparılır.