25 Avqust 2019
24 Avqust 2019
Sabirabadda qardaş bacısının başını niyə kəsdi? -
Sabirabadda qardaş bacısının başını niyə kəsdi? - KRİMİNAL 14:31 2016-03-02

 
Sabirabadın Qalağayın kəndində baş verən qətl hadisəsi ilə bağlı musavat.com-a yeni məlumatlar daxil olub. 
Əldə etdiyimiz məlumata görə, kənd sakini, 1990-cı il təvəllüdlü Famil Əlirza oğlu İbişov bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını telefonla danışdığı üçün kəsib. F.İbişov hadisəni törətdikdən sonra paltarını dəyişib, könüllü şəkildə rayon polis idarəsinə gedərək, təslim olub. Hadisə baş verən zaman evdə qardaşla bacısı tək olublar.
Məlumatda o da bildirilir ki, F.İbişov bir neçə il öncə həmyerlisi olan digər bir şəxslə də əlbəyaxa olub və ona küt alətlə xəsarət yetirib. 
Qətlə yetirilən H.İbişovanın bir neçə il bundan öncə ailəsindən ayrıldığı da bildirilir. 
Qeyd edək ki, bəhs etdiyimiz hadisə bu ilin 1 mart tarixində baş verib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.