Şəki rayonunda yanğın olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Evə bitişik sahəsi 70 m2 olan köməkçi tikili yanğından mühafizə olunub. 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.