Varlı biznesmen "Rolls Roys"sı üçün 9 milyon dollara nömrə alıb.

Dubayda yaşayan hindistanlı biznesmen Balvinder Sahaninin lüks maşını üçün aldığı nömrə hər kəsi təəccübləndirib.

Unikal.org xəbər verir ki, "İndependent" qəzetinin məlumatına görə, Sahani hökumət tərəfindən hərraca çıxarılan tək xanalı "D5" seriyasının rekord məbləğə - 9 milyon dollara sahibinə çevrilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində təkxanalı nömrə müəyyən statusa və gücə sahib olmağın simvolu hesab edilir.