Bu gün xalq artisti mərhum aktyor Eldəniz Zeynalovun vəfatından 14 il keçir.

Unikal.org bildirir ki, Eldəniz Məmməd oğlu Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıÑ…ış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Aktyor, Arvadım mənim, uşaqlarım mənim (film, 1978), Babamızın babasının babası (film, 1981), Bağ mövsümü (film, 1985), Bəyin oğurlanması (film, 1986), Bir cənub şəhərində (film, 1969), Bir Eldənizimiz yoxdur (film, 2002), Bizim Cəbiş müəllim (film, 1969), Əhməd haradadır? (film, 1963), Əzablı yollar (film, 1982), Foto "Fantaziya" (film, 1970), Gözlə məni (film, 1980), Hər şey yaxşılığa doğru (film, 1997), Həyat bizi sınayır (film, 1972), "İmportnı" yaxud zırrama (film, 1972), İyirmialtılar (film, 1966), Qızıl uçurum (film, 1980), Qonşu qonşu olsa... (film, 1989), Mən mahnı qoşuram (film, 1979), "Müstəntiq və məntiq" (film, 1971), O qızı tapın (film, 1970), Ömrün səhifələri (film, 1974), Yaramaz (film, 1988), Yeddi oğul istərəm... (film, 1970), Yol əhvalatı (film, 1980) və s.filmlərdə yaratdığı obrazlarla yaddaşlarda qalmışdır.

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.

Qeyd edək ki, Eldəniz Zeynalov, aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.