Abşeron rayon sakini Elsevər Əhmədov və Yasamal rayonu ərazisində yaşayan Xalid Ağayev silah-sursat tapıb.

Unikal.org-un Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, E.Əhmədov Yasamal rayonunun İzmir küçəsində söküntü işləri apararkən tapdığı alışqansız "F-1" qumbarasını, Yasamal rayonu ərazisində yaşayan Xalid Ağayev isə evinin qarşısında olan tikilidən tapdığı "RPK" markalı pulemyotu 27-ci PB-yə təhvil veriblər.

Bundan başqa, Babək rayon sakini Həsən Əjdərov da tapdığı "Mauser" və "Savage Quality" markalı tapançaları və 72 ədəd müxtəlif çaplı patronu Naxçıvan MR DİN-ə təhvil verib.