Məşhur boksçu Mayk Tayson uşaq vaxtı "botanik" olub.

Unikal.org xəbər verir ki, məşhur boksçu uşaq vaxtı botanika elminə maraq göstərib.

Dəmir Maykı rinqdə görən boks həvəskarları elə düşünür ki, bu adam anadangəlmə döyüşçüdür. Sərt sima, daş kimi əzələlər, rəqiblərini nokauta göndərmə qabiliyyəti belə düşünməyə əsas verir. Amma bu həmişə belə olmayıb. Mayk uşaqlıq illərində adi "botanik" olub.

Dəmir Maykın uşaqlıq illəri barədə kiçik araşdırmanı təqdim edir:

Mayk 1966-cı il 30 iyun tarixində Nyu-Yorkda anadan olub. Onun doğulduğu məhlələrdə gənclərin iki yolu var idi: idman və həbsxana. Onun atası Mayk dünyaya gəlməmişdən bir müddət əvvəl ailəsini tərk edir.

Maykın özündən başqa böyük qardaşı Rodney və Denis adlı bacısı da var. Taysonların uşaqlığı çox ağır və məşşəqətli keçib: kasib süfrə, suyu və istilik sistemi olmayan ev. Məhlə sakinləri də qanuna tabe olmayan, qanunu vecinə almayan adamlar idi. Kiçik yaşlarda zəif və utancaq olan Mayk gülünc və təhqir obyekti idi. Hətta qızlar da onu iynələyir, ələ salırdı.

Küçədə döyülən və qorxudulan Mayk evə qaçanda da yağışdan çıxıb yağmura düşürdü. Onun qardaşı Rodney Maykı ələ salır və təhqir edirdi. Bir dəfə baş verən hadisə zamanı o dərk etdi ki, xətrinə dəyənlərin cavabını verə bilər. Mayk göyərçinləri çox xoşlayırdı. Bu quşların yanında o, bütün pislikləri unudur, özünü xoşbəxt sayırdı.

Bir dəfə həyətdə göyərçinləri ilə oturan Mayka özündən bir neçə yaş böyük canlı-cüssəli bir oğlan yaxınlaşdı. O, göyərçinlərdən birini tutub başını üzdü və hırıldamağa başladı. Əsəbdən dəliyə çevrilən Mayk özündən iki dəfə canlı olan oğlanın üstünə atıldı. Zəif "botanik" göyərçin qatilini əməlli-başlı əzişdirdi. Bu hadisəni xatırlayan Mayk qeyd edir ki, oğlanı döydükdən sonra intiqam maşınına çevrilib. O, hamı ilə, hətta özündən böyüklərlə də dalaşmağa başlayır.

Tezliklə Maykın yolu yeniyetmələr üçün nəzərdə tutulmuş həbsxanadan düşdü. Burada keçmiş peşəkar boksçu Bob Stüart idman dərsi keçirdi. O, Mayka boksla məşğul olmağı təklif etdi. Tezliklə əfsanəvi məşqçi Kus Damato Taysonla məşğul olmağa başladı. Kus olimpia çempionu Pattersonun məşqçisi olub. Damato gənclik illərində həbsxana yaşamış idmançı idi.

Gərgin məşqlər öz nəticəsini göstərdi. 1985-ci ildə Tayson ilk dəfə peşəkar rinqə çıxdı. 1986-cı ilin noyabr ayında Dəmir Mayk dünya çempionu Trevor Berbik üzərində qələbə qazandı.

Bu qələbədən sonra Mayk ağır çəkidə ən gənc dünya çempionu seçildi. Bu zaman onun cəmi 20 yaşı var idi...

olke.az