26 Avqust 2019
25 Avqust 2019
Nizami Qocayev DİN-dən Ədliyyə Nazirliyinə keçdi
Nizami Qocayev DİN-dən Ədliyyə Nazirliyinə keçdi KRİMİNAL 18:14 2016-03-02

 
İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilən Nizami Qocayev Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov müvafiq əmr imzalayıb.
Bildirək ki,Nizami Mehralı oğlu Qocayev 1955-ci ildə anadan olub. Nizami Qocayev vaxtilə DİN-in İstintaq İdarəsinin rəisi olub. O, 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edildi. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra dövlət başçısı tərəfindən əfv olundu. Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Nizami Mehralı oğlu Qocayev Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2000-ci il 13 mart tarixli hökmü ilə məhkum edilib. Azərbaycan Respublikasının Prezidentinin 13 mart 2002-ci il tarixli 678 saylı fərmanı ilə Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nizami Mehralı oğlu Qocayev cəzanın çəkilməmiş hissəsindən azad edilib. 
Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb.