Qartalın kürəyinə quraşdırılan kamera vasitəsi ilə Dubayın səmadan çəkilmiş heyrətləndirici görünüşü hamının marağına səbəb olub.

Unikal.org xarici KİV-lərə istinadən xəbər verir ki, sahibi kürəyində kamera olan qartalı hündürlüyü 828 metr olan Bürc-Xəlifə qalasının üzərinə buraxıb. Qartal orada bir müddət qaldıqdan sonra yerə enib. Kamera tərəfindən çəkilən görüntülər isə hamını heyrətləndirib.