Topaz Premyer Liqasında XI tura bu gün yekun vurulacaq.

Unikal.org-un Qol.az-a istinadən məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.

Çempionatın lideri "Qəbələ" səfərdə AZAL-ın qonağı olacaq. Avroliqada uğursuzluq yaşayan "Qəbələ", "Sent-Etyen"lə görüşdə aldığı yenilgini məhz Şüvəlandakı matçda unudmağa çalışacaq.

İkinci oyun Zirədə keçiriləcək. Son mövsümün qızıl və gümüş medalçılarının görüşü də maraqla gözlənilir.

6 noyabr

Topaz Premyer Liqası, XI tur

14:00 AZAL - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
"AZAL Arena"

16:00 "Zirə" - "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
Zirə İdman Kompleksinin stadionu

5 sentyabr

"Neftçi" - "İnter" - 2:1
Qollar: Jonas Pessalli, 53 (1:0), Araz Abdullayev, 61-pen. (2:0), Zurab Xizanaşvili, 90 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
8-ci km qəsəbə stadionu

14:30 "Kəpəz" - "Sumqayıt" - 0:0
Qırmızı vərəqə: Kərim Diniyev, 62 ("Kəpəz")
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Gəncə şəhər stadionu