Lənkəranda intihar hadisəsi baş verib. 

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında şəhərin Səttərxan küçəsindəki evlərin birində qeydə alınıb. Həmin ünvanda yaşayan 51 yaşlı şəhər sakini Lalə Davud qızı Rəhimova üzərinə neft tökərək özünü yandırıb. Evdə tək yaşayan qadının meyiti qonşuları tərəfindən aşkarlanıb. Bu barədə dərhal rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə gələn polis-prokurorluq əməkdaşları qadının özünü yandırmaqla intihar etdiyini müəyyənləşdiriblər. Meyitin yanında aşkarlanmış 2 ədəd yanacaq şüşəsi isə maddi sübut kimi götürülüb. Daha sonra meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.