Ağdamda 58 yaşlı qadını it dişləyib.

Unikal.org-un APA-ya istnadən xəbərinə görə, hadisə məcburi köçkünlərin məskunlaşdığı dörd yol -1 qəsəbəsində baş verib.

İt Süleymanova Əlidə Bayram qızını sol ayağını dişləyib. Ailəsi xəsarət alan Ə. Süleymanovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan APA-ya verilən xəbərə görə, Ə. Süleymanovanın yarası müayinə olunub. Qadına quduzluq əleyhinə zərdab vurularaq ambulator müalicə üçün evə buraxılıb.