Çeçenistan Respublikasının lideri Ramzan Kadırov vəzifədən getdikdən sonra hansı işlə məşğul olacağı ilə bağlı açıqlama verib.
Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, Kadırov Rusiya prezidenti Vladimir Putinin siyasi kursuna sadiqliyini bir daha vurğulayıb. "Mən deyəndə ki, Putininin piyada əsgəriyəm, bu, sadəcə söz deyil. Bu, mənim qəti fikrimdir və mən vəzifədə olmağımdan asılı olmayaraq həmişə Vladimir Putinə sadiq qalacağam".
Çeçenistan lideri həmçinin vəzifədən getməyə hazır olduğunu, belə olan halda vaxtını ailəsinə və dostlarına sərf edəcəyini bildirib.
"Əlbəttə ki, ilk növbədə ölkəmizin - Rusiyanın maraqlarını qoruyan müəyyən vəzifələrin yerinə yetirilməsi ilə məşğul olacağam. İstənilən an əgər Putin hesab etsə ki, mən ön sırada olmalıyam, o vaxt bir an belə düşünmədən hazır olacağam".
Xatırladaq ki, bir müddət əvvəl ölkə müxalifəti Kadırovu xalqın düşməni adlandıraraq onu təxribatçılıq fəaliyyəti aparmaqda ittiham edib. Bundan sonra minlərlə insan Qroznıda "Gücümüz birliyimizdədir" adı altında mitinq keçirib.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Çeçenistan rəhbəri Ramzan Kadırovun siyasi kursunun dəstəkləndiyi mitinqə minlərlə insan qatılıb.