Türkiyənin "Star" telekanalında yayımlanan "Ana" ("Anne") serialında çəkilən 7 yaşlı Beren Gökyıldız son günlər aktrisalıq qabiliyyəti ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Unikal.org-un məlumata görə, azyaşlı aktrisanın serialın hər bölümnə görə 5 min lirə, aylıq 20 min lirə qazandığı bəll olub.
Serialda Mələk obrazını canlandıran B. Gökyıldızla digər baş rolları Cansu Dərə və Vahidə Perçin oynayır.
Qeyd edək ki, B. Gökyıldız 2014-cü ildə "Ərimin ailəsi" ("Kocamın ailesi") serialında da çəkilib.