Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 129-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 698 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci və 2-ci maddələr aşağıdakı redaksiyada verilir:

"Maddə 1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822 000,0 min manat, xərcləri 18 495 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 055 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 16 953 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

8-ci maddə aşağıdakı redaksiyada verilir:

"Maddə 8. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

12-ci maddə aşağıdakı redaksiyada verilir:

"Maddə 12. Azərbaycan Respublikasının 2016-cı ildə dövlət daxili və xarici borcları üzrə ödəniş məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

(manatla)

Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 23 fevral tarixli 130-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.