Türkiyənin Adana şəhərində keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinə atəş açılıb, bir polis ölüb.

Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, insident Çukurova prospektində qeydə alınıb.

Məlumata görə, PKK tərəfdarları polisə "Molotov kokteyli və daş atıb. Polis aksiyanı dağıtmaq üçün bibər qazı və su sırnaqlarından istifadə edib.

İnsident zamanı nümayişçilərin açdığı atəş nəticəsində bir polis əməkdaşı ağır yaralanıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.