Bakıda ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Qaradağ rayonunda "Nissan" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Nissan"da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat edib. Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və "Mercedes"in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

****

Bakıda baş verən yol-nəqliyyat hadisəsində ərəb turistlər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən şəxslər ər-arvad olub. Onlar Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını izləməyə gedirmiş.