Yaponiyada xrizantema gülünün növlərindən birinə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin adı verilib.

Bu barədə informasiyanı Qazaxıstan Xarici İşlər Nazirliyi yayıb.

Qeyd edək ki, xrizantema Yaponiya üçün xüsusi önəm kəsb edir. Bu gül xoşbəxtlik və müdrikliyin rəmzi hesab edilir.

Yaponlar həmçinin bu gülü öz ölkələrinin simvolu sayırlar.