Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən məlumatına görə, hadisə Yasamal rayonu ərazisində, Yasamal Rayon Polis İdarəsinin qarşısında olub.

Belə ki, A.Salamzadə küçəsi ilə hərəkət edən avtomobilinsürücüsüidarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə nəqliyyat vasitəsi zərbənin təsirindən alışıb.

Hadisə yerinə bir neçə yanğın söndürən maşın cəlb olunsa da, nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisəyə yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Araşdırma aparılır.