Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, 1955-ci il təvəllüdlü Leyla Fərrux qızı Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin noyabr ayında və carı ilin sentyabr ayında Gülşən adlı şəxs onu aldadaraq 10 min manat pulunu və dəyəri 30 min ABŞ dollar olan brilyant qaşlı üzüyünü alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.