Türkiyədəki "genel ev"lərdəki (rəsmi fahişəxana) qadınlar Sosial Sığorta Qurumuna baş vurublar.

Unikal.org Türkiyə mətbuatına istinadla bildirir ki, İzmirdə təqaüd almaq yaşına çatan fahişələr təqaüd ala bilmədiklərinə görə Sosial Sığorta Qurumuna baş vurublar. Məlum olub ki, onların işlədiyi "genel ev"lərdə ciddi qayda pozuntuları olub. Buna görə də heç vaxt təqaüdə çıxa bilməyəcəklərini öyrənən qadınlar həmin "genel ev"ləri işlədənlərin yanına gedərək haqlarını tələb ediblər. Onların tələbi rədd edilib.

Məsələ ilə bağlı araşdırma aparılıb. 23 "genel ev" cərimələnib.