Bakıda zəncirvari yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Yasamal rayonu ərazisində - Abdulvahab Salamzadə küçəsində "BMW", "İnfiniti" və "Mazda" markalı minik avtomobilləri bir-birinə çırpılıb. Nəticədə avtomobillərdə olan 42 yaşlı kişi və 43 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.