Nyu-Yorkda gənc dizaynerlərin mükafatlandırılma mərasimi baş tutub.

Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, 13-cü dəfə keçirilən "CFDA/Vogue Fashion Fund Awards"ın qalibləri Laura Vassar Kristofer Brok olub. Onlar 400 min dollar mükafat, digər finalistlər isə 150 min dollar alıblar.

Mərasimdə Karli Kloss, Solanj Noulz, Kelli Roulend, Aleksandr Vanq, Nikola Petç, Heyli Bolduin və digər məşhurlar iştirak ediblər.