Dünyanın ən tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster Teymur Rəcəbov həyat yoldaşı Elnarə ilə birlikdə çəkilən fotosunu paylaşıb.

Unikal.org xəbər verir ki o, yeni şəkli İnstaqram bloquna yerləşdirib. Teymur şəklin altında həyat yoldaşını ad günü münasibəti ilə təbrik edib.

Xatırladaq ki, Teymur Rəcəbov Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə həyatı qurub. Cütlüyün bir qız övladı var.