Cəlilabadda 3 otaqlı ev yanıb.  

Unikal.org-un
FHN-in saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 58 m2 olan taxta konstruksiyadan ibarət birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 38 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. 
Evin qalan hissəsi yanğından mühafizə olunub.