Bakıda 64 yaşlı kişi meyiti tapılıb.

Unikal.org report.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunun İ.İsmayılov küçəsi, ev 32 ünvanında qeydə alınıb. 
Belə ki, 1952-ci il təvəllüdü Elxan Kərimovun meyiti yaşadığı evi aşkar edilib.Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilib. 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.