Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində avtomobil qoyun sürüsünə çırpılıb.

Unikal.org  apa-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini Nizami Quliyevin idarə etdiyi "Mazda markalı avtomobil yolu keçən qoyun sürüsünə çırpılıb. Nəticədə Könüllü kənd sakinlərinə məxsus 150 baş xırda buynuzlu heyvandan 26-sı tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.