Bakının Yasamal rayonu ərazisində 59 yaşlı kişi lift şaxtasına düşərək ölüb.

Unikal.org-un report.az-a istinadən xəbərinə görə, rayonun A.M.Şərifzadə küçəsində inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1957-ci il təvəllüdlü Beytulla Hümbətov lift şaxtasına yıxılıb.

Zərərçəkən aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Tikinti işlərinin "İlqar-Company MMC tərəfindən aparıldığı bildirilir.