Amerikalı Emil Knodell köhnə əşyalar satılan bazarlardan ucuz əşyalar almaq həvəskarıdır.

Unikal.org ölkə.az -a istinadən xəbər verir ki, 67 yaşlı amerikalı Texasda bir bazardan 100 dollara aldığı şifonerin gizli gözü sayəsində sərvət əldə edib.
Texasın Bellville qəsəbəsində köhnə əşyalar satan bazar fəaliyyətə başlayıb. Bu xəbəri eşidən Emil ora yollanır. Qoz ağacından hazırlanmış 125 illik şifoner onun diqqətini cəlb edir. 
Heç kəsin maraqlanmadığı şifonerin qiyməti 100 dollar idi.Emil satıcıya pulu verərək qədim əşyanı maşınına yükləyəndə içindən səs gəldiyini eşidir. Şifonerin gizli gözü var imiş. Evə gəldikdən sonra şifonerin içindən ləl-cəvahirat əşyaları, almazlar, əntiq sikkələr, medalyonlar və başqa qiymətli əşyalar tapır. Emil tapılan bütün əşyaları satıcıya geri qaytarır. Sonradan məlum olub ki, bu əşyalar satıcının babasına aid olub.