Amerika xalqının 45-ci prezidentini seçmək üçün səhərin erkən saatlarından seçki məntəqələrinə axışdığı bir zamanda prezident Barak Obama basketbol oynayıb.

Unikal.org-un "ahaberə istinadən verdiyi məlumata görə, dünya KİV-də Obamanın Ağ Evdən çıxıb hərbi obyektlərdən birindəki idman salonuna gedərkən çəkilmiş şəkli yayılıb. Onun düşüncəli olduğu diqqətdən qaçmayıb.

Dostlarıyla uzun müddət basketbol oynayan Obama bununla da prezidentlik uğrunda mübarizə apardığı 2008-ci ildə başlatdığı seçki günlərində basketbol oynamaq ənənəsini davam etdirmiş olub.

Amerika xalqı səs verdi, Obama basketbol oynadı -  Foto