Kişilər həyat yoldaşı ilə alış-verişə deyinərək deyil, zövqlə gedəcəklər.

Unikal.org xəbər verir ki, Çinin Şanxay şəhərində yeni açılan ticarət mərkəzində kişilər üçün xüsusi otaqlar istifadəyə verilib. Xanımları alış-veriş edənə qədər kişilər həmin otaqlarda istədikləri qədər dincələ biləcəklər.

Otaqlar ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir. Hər bir otağın içərisində kişilər üçün rahat divanlar, televizorlar qoyulub. Bu da son deyil. Kişilərin ixtiyarına massaj kresloları da verilib.