Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayonu ərazisində - Şövkət Məmmədova küçəsində "Renault" markalı, 90 FM 699 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçməyə çalışan məktəbli qızları vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 15 yaşlı iki qız xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.